Ermənistana məxsus “KS-19” zenit silahı dəqiq zərbə ilə məhv edildi

Məlumata görə, Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirilən zərbə bu gün saat 11:52-də qeydə alınıb.
Qeyd edək ki, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədiblər. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görülür.
AzVision.az
Teqlər: