Həmsöhbətimiz olan valideyn övladının IV sinifdə oxuduğunu deyib. O bildirib ki, artıq 2 ildir bu yarmarkadan məktəbli ləvazimatlar alır və qiymətlər də mağaza ilə müqayisədə münasibdir.
Satıcılarla söhbətimiz zamanı isə bizə bildirdilər ki, satdıqları hər bir ləvazimatın qiyməti keyfiyyətindən və harada istehsal olunmasından asılı olaraq dəyişir.
İlk olaraq 1-ci sinifdən 11-ci sinfə qədər hər bir məktəbliyə lazım olan məktəbli çantaları diqqətimizi çəkdi. Çadrlarda olan çantalar mağazalarda satılanlardan heç də fərqlənmirdi. Seçim üçün çeşid bol idi. Çantaların qiyməti 10 – 55 manat arası dəyişir.
Digər ləvazimatların qiymətləri isə aşağıdakı kimidir:
Dəftər: 15 qəpik – 1.50 qəpik
Qələm: 10 qəpik – 3 manat
Sadə karandaşlar: 15 qəpik – 30 qəpik
Rəngli karandaşlar: 1.50 qəpik – 8 manat
Rəsm albomu: 70 qəpik – 5 manat
Gündəlik: 2 – 3 manat
Qələm qabı: 3 – 15 manat
Su qabı: 8 – 15 manat








Şəms Şahinli
AzVision.az