Kişilər daha çox sığortalanıb

Kişilər daha çox sığortalanıb
  08 Aprel 2013    Oxunub:1172
Cari ilin birinci rübündə DSMF tərəfindən əlavə olaraq 161 015 sığortaolunana fərdi hesab açılıb
Cari ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 161 015 sığortaolunana fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb.

Fondun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2013-ci il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 2 427 089 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 57,9 faizi kişi, 42,1 faizi isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,6 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 22,9 faiz, 40-50 yaş aralığında olan sığortaolunanlar 22,8 faiz, 50-60 yaş aralığında olan sığortaolunanlar 20,8 faiz, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,9 faiz təşkil edir.

Mirvari



Teqlər:





Xəbər lenti