Azərbaycan 100-ə qədər erməni hərbçinin cəsədini təhvil verməyə hazırdır

      Azərbaycan 100-ə qədər erməni hərbçinin cəsədini təhvil verməyə hazırdır
  14 Sentyabr 2022    Oxunub:618
Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.
Bu barədə AzVision.az -a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verilib. Bildirilib ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.

AzVision.az



Teqlər: Azərbaycan  





Xəbər lenti