Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Azərbaycana başsağlığı verib

   Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Azərbaycana başsağlığı verib
  14 Sentyabr 2022    Oxunub:621
Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubova telefonla zəng edib.
Bu barədə AzVision.az -a Azərbaycan Təhlükəsizlik Şurası Katibinin Xidmətindən məlumat verilib.

O, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlarla bağlı xalqımıza dəstəyini və həmrəyliyini ifadə edərək, hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar başsağlığı verib.

R.Usubov başsağlığına və qardaş dəstəyinə görə Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibinə minnətdarlığını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti