Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

 Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib
  14 Sentyabr 2022    Oxunub:487
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.
AzVision.az -ın məlumatına görə, 57 kq çəki dərəcəsində yer alan idmançı finala gedən yolda yaponiyalı Tsuqumi Sakurai ilə üz-üzə gəlib.

Rəqibinə 0:10 hesabı ilə uduzan Əliyeva həlledici qarşılaşmaya vəsiqə qazana bilməyib. O, bürünc medal uğrunda görüşə çıxacaq.

Bu gün həmçinin 65 kq-dakı Elis Manolova bürünc medal uğrunda Kumba Larrokla (Fransa) qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

AzVision.az



Teqlər:





Xəbər lenti