“Qarabağ”ın oyununa görə “Gənclik” stansiyasının iş rejimi gücləndiriləcək

Saat 20:45-də başlanacaq oyuna yollanacaq azarkeşlərin rahat və təhlükəsiz hərəkətini tənzimləməklə yanaşı, “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərə alınacaq.
Ümumən isə qatarlar bu gündən tətbiq edilmiş yeni payız-yaz qrafikinə uyğun hərəkət edir. Azarkeş marağını nəzərə alaraq, görüş başa çatdıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması təmin olunacaq. Ehtiyac yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq.
Teqlər: