Şəhid Ravil Hümbətov İkinci Fəxri xiyabanda dəfn edildi

AzVision.az “Report”a istinadən xəbər verir ki, şəhid Fəxri xiyabanda dəfn olunub.
Qeyd edək ki, Ravil Hümbətov əslən Cəbrayılın Yarəhmədli kəndindəndir. O, ailəlidir, iki azyaşlı övladı var. Şəhid leytenanta ikinci övladını cəmi iki gün görmək nəsib olub.
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Teqlər: