Yol polisi təhsil ictimaiyyətinə müraciət edib

"Elə bu səbəbdən, Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən, sentyabr ayının 15-dən oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.
Tədbir çərçivəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində nəzarət-profilaktiki tədbirlərin gücləndirilməsi, onların hərəkət marşrutlarında, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə olunması, müvafiq yol nişanlarının qoyulması, nişanlanma xətlərinin çəkilməsi və ya yenilənməsi, təhsilalanlar arasında tərbiyəvi-təbliğat tədbirlərinin gücləndirilməsi, o cümlədən onların yolu keçərkən telefon və ya qulaqcıqdan istifadə, yolu nəzərdə tutulmayan yerdən keçmə, eləcə də sürücülük hüququ olmadığı halda avtomobil idarə edilməsi kimi təhlükəli əməllərdən çəkindirilməsi istiqamətində maarifləndirmə işlərinin aparılması və bu sahədə media subyektlərinin imkanlarından geniş istifadə olunması nəzərdə tutulur.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlaması ilə əlaqədar bütün təhsil ictimaiyyətinə uğurlar arzu edir, eyni zamanda yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər birimizi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa dəvət edir".
AzVision.az
Teqlər: