“YAŞAT” Fondu şəhidlərin məktəbli övladlarına hədiyyə qutuları çatdırıb

“YAŞAT” Fondu şəhidlərin məktəbli övladlarına hədiyyə qutuları çatdırıb
  15 Sentyabr 2022    Oxunub:973
"YAŞAT" Fondu yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırıb.
Bu barədə AzVision.az -a Fonddan məlumat verilib.

Hədiyyə qutusuna çanta, termos, qələm qabı, hər sinifə uyğun məntiq və bədii kitablar, dəftərlər, qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsmxətt qovluğu, rəsm albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı, bayraq stikeri, kitab altlığı, kağız yapışdırıcı, flomaster, rəngli karandaş, qayçı və pozan dəsti, qeyd kitabçası daxildir. Əlavə olaraq 1-4-cü siniflər üçün şahmat dəsti, 5-8-ci siniflər üçün qlobus, 9-11-ci siniflər üçün “Puzzle” qutuya daxil edilib.

Respublikanın bütün ərazisi üzrə ümumilikdə 996 məktəbliyə hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb. Onlardan 558-i oğlan, 438 nəfəri isə qızdır.








AzVision.az



Teqlər:





Xəbər lenti