İlk dərs günü: Sevinənlər, yuxulayanlar... FOTOLAR

İlk dərs günü: Sevinənlər, yuxulayanlar...   FOTOLAR
  15 Sentyabr 2022    Oxunub:1900
Bu gün 158 mindən çox şagird üçün ilk tədris ili zəngi çalınıb.
AzVision.az xəbər verir ki, bu il ümumilikdə 1 616 214 şagird ümumtəhsil müəssisələrində oxuyacaq.

Şagirdləri üçün yeni tədris zəngi çalınan ümumtəhsil müəssisələrdən biri də general-mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbdir. Həmin məktəbdə təhsil alan şagirdlərin sayı 2059, I sinifə gedənlərin sayı isə 180 nəfərdir.

Bu məktəbdə I sinifdə oxuyan şagirdlərdən biri sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribat zamanı şəhid olan XTQ giziri Nəcəf Əzizovun oğlu Uğur Əzizovdur.

Qeyd edək ki, ümumitəhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribat zamanı şəhid olanların xatirəsinə hörmət əlaməti olaraq 15 sentyabr – Bilik Günü təntənəli şəkildə qeyd edilmir.















Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti