MİDA-nın onlayn satış sistemi çökdü, evlərin satışı dayandırıldı

   MİDA-nın onlayn satış sistemi çökdü,    evlərin satışı dayandırıldı
  15 Sentyabr 2022    Oxunub:1179
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ASAN login üzərində yüklülük nəticəsində texniki problem yaranıb.
Saat 11:00-da başlamalı olan seçim prosesində sistemə giriş mümkün olmayıb. İstifadəçilər mənzil seçimi edə bilməyiblər. Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı bildirib ki, mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzil satışa çıxarılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti