AzVision.az-a danışan şagirdin ibtidai sinif müəlliməsi Əsli Talıbova bildirib ki, Uğur 5 yaşından məktəbəhazırlıq qrupunda tədris alır:
"Keçən il Uğuru valideynləri məktəbə gətirdi. Çox həvəsli idi. Tərbiyəli, ağıllı, məsuliyyətli və savadlı uşaqdır. Hər zaman sinif şagirdləri içərisində seçilib. Uşaqda atasına xas qəhrəmanlıq xüsusiyyətləri var idi. Onun hərəkətləri, davranışlarından vətənpərvər ailədə böyüdüyü hiss olunurdu. 44 günlük Vətən müharibəsindən danışanda, uşaqlara məlumat verəndə Uğur atası ilə qürurlarınırdı. Ondan fəxrlə danışırdı. Atasından danışanda sevinirdi, gözlərinin içi gülürdü. Həmişə deyirdi ki, "Atam qəhrəmandır".
Qeyd edək ki, şəhid gizir Nəcəf Əzizov Kürdəmirin Şəhidlər Xiyabınında dəfn edilib.



Aytən Zəhra
AzVision.az