Çamadandan uşaq meyitləri tapıldı

   Çamadandan uşaq meyitləri tapıldı
  15 Sentyabr 2022    Oxunub:609
Cənubi Koreyanın Ulsan şəhərində yaşayan 42 yaşlı Koreya əsilli Yeni Zelandiyalı qadın gecə öz mənzilində polis tərəfindən həbs edilib.
AzVision.az “The Guardian”-a istinadən xəbər verir ki, qadın meyitləri çamadanlarda tapılan iki azyaşlı uşağın ölümündə təqsirkar bilinir.

5 və 10 yaşları olan uşaqların ölmüş bədəninin qalıqları bir neçə il müddətində çamadanda gizlədilib.

Onların meyitləri Oklenddən olan bir ailə tərəfindən aşkar edilib. Ailə onlayn hərrac vasitəsi ilə özlərinə çamadanlar alıb. Aldıqlarını evə getirdikdə çantaların içərisindən iki cansız uşaq bədəni tapıblar.

Məlum olub ki, cinayəti törədən şəxs azyaşlıların qohumudur. Uşaqların analarının Cənubi Koreyada yaşadığı bildirilib.

Meyitlərin bəzəkli hərrac çamadanlarında tapılması Yeni Zelandiyada böyük rezonansa səbəb olub.

Şəms Şahinli
AzVision.az


Teqlər:





Xəbər lenti