"Bütün Azərbaycan səninlə fəxr edir, Ravil" - FOTOLAR

   "Bütün Azərbaycan səninlə fəxr edir, Ravil" -    FOTOLAR
  15 Sentyabr 2022    Oxunub:1059
“Star Casting”in direktoru Xətai Mehbalıyev düşmən təxribatı nəticəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Hümbətovla bağlı xatirələrini bölüşüb.
AzVision.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.

"Mən Ravili on ildən çoxdur tanıyırdım.Bizdən biraz aşağıda məcburi köçkünlərin yerləşdirildiyi binada qalırdı. Bir neçə il demək olar hər gün bir yerdə olurduq. Çox təmiz, ürəyiaçıq, mərhəmətli, çox təmiz ürəyə sahib insan idi. Bir ara aktyor olmaq həvəsinə düşdü. Dedim köməklik edərəm. Sonradan dedi, əşi yox e mənlik deyil. Bu fotoları səhv etmirəmsə, "Son addım" serialının kastingi zamanı çəkmişdik. Çox vaxt dediyi bir cümlə var idi: "Vaxt gələcək, bütün Azərbaycan mənimlə fəxr edəcək". Biz isə gülüb keçərdik. Amma o dedi və etdi. Bütün Azərbaycan səninlə fəxr edir, Ravil. Ruhun şad olsun əziz dost".









Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti