“Meyitləri evə gətirdim və isitdim“ - Qızların qəbrini eşən manyakdan dəhşətli etiraf

    “Meyitləri evə gətirdim və isitdim“ -    Qızların qəbrini eşən manyakdan dəhşətli etiraf
  15 Sentyabr 2022    Oxunub:2158
13 dil bilən, yaxşı təhsil almış, həqiqi ölçüdə gəlinciklər düzəldən istedadlı bir adamın dəhşətli və qan donduran hekayəsi...

Anatoli Yurieviç Moskvin 1956-cı il sentyabrın 1-də Rusiyada anadan olub. O, diyarşünas-nekropolist, dilçi-poliqlot, tərcüməçi, jurnalist və lüğətlərin tərtibçisi olub. O, Rusiyanın Nijni Novqorod şəhərində yaşayıb.
Ətrafı onu real ölçülərdə və bəzən musiqi səsi verən gəlinciklər hazırlaması ilə tanıyırdı. Ancaq kimsənin bilmədiyi və təxmin belə etmədiyi bir dəhşətli həqiqət var idi- bu gəlinciklər insan meyitlərindən hazırlanırdı...
Moskvinin 13 yaşında başına gələn bir hadisə onun məzarlıqlara olan marağını artırmışdı. Özünün dediyinə görə, 13 yaşında məktəbdən evə gələrkən bir qrup qara kostyumlu adamın onu bir qızın cəsədini öpməyə məcbur etməsi Moskvində qız uşaqlarının meyitinə qarşı belə şiddətli maraq oyatmışdı.

Ölü bədənlərə olan həvəs və tamahının öhdəsindən gələ bilməyən Moskvin məktəbdən sonra məzarlıqlarda gəzməyə başlayır . Bu gəzintilər zamanı 2005- ci ildən 2007-ci ilə qədər təxminən 752 məzarlığı ziyarət etdiyi güman edilir. Hər bir məzar haqqında qeydlər götürən Moskvin orada dəfn olunanların tarixini araşdırır. 2009- cu ildə yerli camaat əzizlərinin məzarlarında təhqiramiz hərəkətləri, bəzən isə məzarların tamamilə qazılmasını müşahidə edirlər. Bu vəhşilikləri kimin törətdiyi 2 il boyunca aşkara çıxmır.

Ən sonda 2011 ci ildə müsəlman məzarlığında görünməsi Anatolini ələ verir və polis onu saxlayır.
Ailəsi ilə yaşadığı evdə axtarış aparan polis dəhşətə gəlir. Evdən gözəl paltarlar geyindirilmiş onlarla həqiqi ölçülərdə gəlinciklər tapılır. Üstəlik, evdən tapılan təkcə gəlinciklər deyildi, qəbir daşlarından sökülən şəkillər, oyuncaq düzəltmək üçün lazım olan alətlər və yerli məzarlıqların xəritələri də evdə axtarış zamanı üzə çıxır.

Üstəlik, cəsədlərin içinə musiqi qutuları da qoyulmuşdu. Ailəsinin belə oyuncaq hesab etdikləri gəlinciklərin bəzilərinin içində qurumuş iç orqanları və xəstəlik kağızları olub. Bütün bunlarla kifayətlənməyən adam oğurladığı cəsədlərin hər birinin doğum günündə onları bəzəyib tükürpədici rituallar həyata keçirirmiş.

Bu vəziyyəti tənha olması ilə izah edən Moskvin subay olduğunu və qız uşaqlarını çox sevdiyini bildirir. Bütün gəlinciklərin hamsını məzardan çıxardığını və cəsədlərdən hazırladığını etiraf edir və ən böyük xəyalının övlad sahibi olmaq olduğunu deyir.

Səlahiyyətli şəxslər Moskvinin evində yaşları 3 ilə 25 arasında dəyişən 29 real ölçülü oyuncaq tapırlar.
Məhkəməsində 44 məzar və cəsəd istismar etdiyini etiraf edən Moskvin zərərçəkənlərin valideynlərinə bu sözləri deyir: “ Sizlər qizlarınızı tərk etdiniz, mən isə onları evə gətirdim və isitdim”.

Moskvinə şizofren diaqnozu qoyulur və müalicəsindən sonra bir psixatriya xəstəxasında həbs cəzasına məhkum edilir.

Həbsdə keçirdiyi 10 il boyunca qurbanlarının ailələrindən üzr istəməyi qətiyyətlə rədd edən Moskvin bu günlərdə azadlığa çixa biləcəyi xəbərləri ilə yenidən gündəmdədir. İndiyə qədər məhkəmə onun azadlığa buraxılması tələbini rədd edirdi, ancaq psixiatrlar artıq onun həbsdə saxlanılması üçün bir tibbi zərurət olmadığını deyirlər.

Vəfat etmiş uşaqların ailələri isə onun ömür boyu həbsdə qalmasını tələb edirlər. Onlar Moskvinin yenidən qorxunc əməlləri törədəcəyindən qorxurlar. Bir çox mütəxəssis isə onun 10 illik əsarətinə son verib dostları, qohumlarıgildə və ya qocalar evində qala biləcəyini bildirir .

Moskvin isə öz növbəsində sevgilisi isə evlənmək və xarici dil müəllimi olaraq işləmək istədiyini deyir.

Ləman Bağdad
AzVision.az


Teqlər:





Xəbər lenti