Odessada matəm: 42 ölü - Video

Odessada matəm: 42 ölü - Video
  03 May 2014    Oxunub:1278
Ukraynanın Odessa şəhərində federallaşma tərəfdarları və millətçilər arasında toqquşmalar nəticəsində ölənlərin sayı 42-yə çatıb.

AzVision.az-ın xəbərinə görə, bu barədə Ukrayna DİN-in yaydığı məlumatda bildirilir.

“Oddessada toqquşmalar və Həmkarlar İttifaqı Evində baş verən yanğın nəticəsində 42 nəfər ölüb, 125 nəfərmüxtəlif dərəcəli xəsarət alıb, onların əksəriyyəti xəstəxanalara yerləşdirilib. Xəsarət alanlardan 21 nəfəri hüquq mühafizə orqanları əməkdaşlarıdır” – deyə, məlumatda bildirilir.

Odessa polisi toqquşmalarda aktiv şəkildə iştirak edən 130-dan çox insanı saxlayıb.

Baş verən faciəvi hadisələrlə bağlı 3,4,5 may tarixlərində Odessa şəhərində matəm elan olunub.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti