Yardımlıda orta əsr adəti: Məktəb direktoru arvadının bacısı ilə gizli kəbin kəsdirdi

    Yardımlıda orta əsr adəti:    Məktəb direktoru arvadının bacısı ilə gizli kəbin kəsdirdi
  15 Sentyabr 2022    Oxunub:1557
Yardımlı rayonunda məktəb direktoru arvadının bacısına qarşı tərəfin xəbəri olmadan kəbin kəsdirib və zorla ona sahiblənmək istəyib.
AzVision.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib. O bildirib ki, “ər”indən qaçan qadın uşağını götürərək Bakıya gəlib.

“Qadının sağlam bacısının mövcud əri onunla evlənməyə məcbur edib. Qızın ailəsi də bu izdivacda həmin "ərə" yardım üçün iştirak edib. Qızın xəbəri olmadan kəbin kəsdirilib və kişi deyib ki, “sən mənim kəbinli aravdımsan”. Kişi qadını boğaraq zorla ərdə olmasını tələb edib. Orta əsir qaydalarını icra edən gələcək "ər" rayonun Arvana kənd məktəbinin direktorudur. Elm və Təhsil Nazirliyi bununla məşğul olmalıdır. Əgər belədirsə, həmin məktəbdə orta əsr adətlərinin mövcud olması qaçılmazdır”.

M.Zeynalova Yardımlı polis əməkdaşlarının qadının yerini qohumlarına bildirməsinə diqqət çəkib.

“Yardımlı polis əməkdaşı mənə zəng vurdu və qadınla maraqlandı. Dedi, həmin "ər" gəlib qızı götürmək istəyir. Xəbərdarlıq etdim ki, yeri qətiyyən bildirməyin. Üstündən 3 saat keçməmiş həmin polis əməkdaşı bütün nəsli yanına alıb, bura gəlib. Əməkdaşımız polisə yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırıb. Polis cavab verib ki, şəxs qadını axtarışa verib və onları gətirməli idi. Qızın qardaşı polisin yanında əməkdaşımıza hədə-qorxu gəlsə, bunun qarşısı alınmayıb.
Bu arada Binəqədi rayon Polis idarəsinin Xidmət üzrə müavini, polis polkovnik-leytenantı Axundov Vüsal Həsən oğluna minnətdalıq edirik ki, qadına dərhal ilkin yardım göstərib. Həm uşağa, həm qadına qida, ayaqqabı alıb və sığınacağa istiqamətləndirib”.

M.Zeynalova qadının və uşağın sənədlərinin girov götürüldüyünü də əlavə edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb, hazırda təhqiqat araşdırması aparılır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti