Səhiyyə və sosial müdafiə xərcləri artırılır

Səhiyyə və sosial müdafiə xərcləri artırılır
  15 Sentyabr 2022    Oxunub:720
Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində səhiyyə xərclərinin 1 905,1 milyon manat olması nəzərdə tutulub.
AzVision.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,5% çoxdur.

Eyni zamanda Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 411,8 milyon manat olması nəzərdə tutulub. Məlumata görə, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 18,3% çoxdur.



AzVision.az


Teqlər:





Xəbər lenti