Rayonlarımızda 30 dərəcə isti olacaq

Rayonlarımızda 30 dərəcə isti olacaq
  08 Aprel 2013    Oxunub:1116
Aprelin 9-da mülayim isti yaz havası meteohəssəs insanlar üçün əlverişli olsa da, aprelin 10-da güclü xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 9-da Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu və əsasən yağmursuz keçəcək.

Bəzi yerlərdə duman olacağı, axşama yaxın buludluğunun artacağı gözlənilir. Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcə olacaq.

Rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək və gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 23-28, bəzi yerlərdə 30, dağlarda gecə 7-11, gündüz 16-21, bəzi yerlərdə 24 dərəcə isti təşkil edəcək.



Teqlər:  





Xəbər lenti