
44 günlük müharibədən sonra bir anda "dindara" çevrilən minlərcə erməni 19-cu əsrin əvvəllərində, Türkmənçay müqaviləsindən sonra ləğv edilən Alban yeparxiyasının kilsələrinə üz tutdular. 30 il sürən işğal zamanı Kəlbəcərdəki Xudavəng kilsəsinin və ya Xocavənddəki Amaras Monastırının yerini belə bilməyən mənfur qonşularımız tarixi tikililəri siyasi təbliğat platformasına çevirməyə çalışdılar. Amma onların müharibəni hibrid müstəvidə davam etdirmək cəhdlərinə imkan verilmədi.



Şəkillərdəki Kəlbəcərin Vəng kəndi yaxınlığında, Tərtər çayının sahilində yerləşən XII əsrə aid "Müqəddəs Bakirə" ("Müqəddəs Məryəm") kilsəsidir. Monastır kompleksi XVII əsrə qədər Alban yeparxiyası tərəfindən mərhələli şəkildə qurulub və istifadə edilib.

Kompleks iki ədəd 4.50x3.60 və 6.60x4.70 metr ölçülərdəki kilsələrdən, habelə 5.8х6 metrlik sütun zalından və üstü örtülü evyandan ibarət olub.

1993-cü ildə Kəlbəcərin işğalından sonra əraziyə gələn erməni vandalları monastır divarlarına ermənicə yazılar yazıb, spesifik qriqorian xaç rəsmi olan çay daşı yerləşdiriblər:


Sual yaranır ki, Xudavəng və Amaras üçün göz yaşı tökən "uzunburun dindarlar" bu monastırı niyə yada salmırlar? Damı və tağları uçduğuna görə? Yoxsa yolunu minaladıqları üçün? Axı "Müqəddəs Məryəm" monastır kompleksi Xudavəngdən cəmi 15 dəqiqəlik məsafədədir...

P.S. Bu yaxınlarda VASEX ləqəbli rus blogerinin Qərbi Azərbaycanın Dilican şəhəri yaxınlığındakı meşədə çəkdiyi digər qədim Alban kilsəsinin görüntüləri şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Tikiliyə yersiz müdaxilələr edilib, onun dağılmamış hissələrində məntiqsiz və sıx qriqorian xaçları təsvir olunub, interyerdə isə inəklər gəzişir. Yəqin, onlar Hindistandakı müqəddəs inəklərin qohumlarıdır ki, "dindar" ermənilər kilsədən qovmağa cürət etmirlər.

Görəsən, bu ilin mart ayının 10-da Avropa Parlamenti tərəfindən qəbul olunan "Qarabağda erməni mədəni irsinin məhv edilməsi ilə bağlı" qətnaməyə səs verənlər bu kadrları görüblərmi? Yoxsa kor "xristian həmrəyliyinin" əsas məqsədi Azərbaycana siyasi təzyiq göstərməkdən başqa bir şey deyil?

Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün