Azad Şuşada səhər gəzintisi - Türkiyə səfirindən paylaşım

Azad Şuşada səhər gəzintisi -    Türkiyə səfirindən paylaşım
  16 Sentyabr 2022    Oxunub:839
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Şuşaya gedib.
AzVision.az xəbər verir ki, bu barədə diplomat tviterdə yazıb.

O, azad Şuşada səhər gəzintisi etdiyini və günəşin doğuşunu izlədiyini bildirib.

Qeyd edək ki, Şuşada beynəlxalq Qarabağ Biznes Forumu keçirilir. Türk Dövlətləri Təşkilatı üzvlərinin iştirak etdiyi forumda Qarabağın bərpası, əməkdaşlıq, sərmayə, biznes və digər məsələlər müzakirə olunur.

Forumda Azərbaycan rəsmiləri ilə yanaşı, Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev, Türkiyə Ticarət və Sənaye Palatasının sədri Rifat Hisarcıklıoğlu, həmçinin Özbəkistan, Qırğızıstan və Türkmənistanın ticarət və sənaye palatalarının rəhbərləri, eləcə də bu ölkələrin dövlət qurumları və müxtəlif təşkilatlarının nümayəndələri iştirak edirlər.



AzVision.az



Teqlər:





Xəbər lenti