Bakının mərkəzində avtoxuliqanlıq edən cəzalandırıldı

Bakının mərkəzində avtoxuliqanlıq edən cəzalandırıldı
  16 Sentyabr 2022    Oxunub:739
Bakının mərkəzində avtoxuliqanlıq edərək video paylaşan şəxs məsuliyyətə cəlb edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, sentyabrın 15-də paytaxtın Füzuli, Şəmsi Bədəlbəyli və digər küçələrində avtoxuliqanlıq edərək sosial şəbəkələrdə video paylaşan “Mercedes” markalı 90 VS 077 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü müəyyən edilib.

Sürücü Şirinov Rəşad Eldəniz oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü (Avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və 500 manat cərimə edilib.

Qeyd edək ki, avtoxuliqanlıq edən şəxs sosial şəbəkədə canlı yayım açaraq etdiyi hərəkətləri nümayiş etdirib.

AzVision.az



Teqlər:





Xəbər lenti