Prezident: "Azərbaycan beynəlxalq hüquq əsasında fəaliyyətini davam etdirəcək"

      Prezident:    "Azərbaycan beynəlxalq hüquq əsasında fəaliyyətini davam etdirəcək"
  16 Sentyabr 2022    Oxunub:756
Azərbaycan bundan sonra da beynəlxalq hüquq, ədalət və qlobal təhlükəsizlik əsasında fəaliyyətini davam etdirəcək.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşündə çıxışı zamanı deyib. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin yekdilliklə daha bir il uzadıldığını xatırladıb.

Ermənistanın təxribatı iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbədir deyən Dövlət başçısı vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

“Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur.. Bu baxımdan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsini qeyd etmək istərdim. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra olunur. Bizim vəziyyətimizlə bağlı qəbul edilmiş qətnamələr 27 il ərzində icra olunmamışdı. Azərbaycan özü Qarabağ münaqişəsini hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının qeyd olunan qətnamələrinin icrasını təmin edib”, - dövlət başçısı vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti