12 il həbs cəzası aldı, var-dövlətini xeyriyyə fondlarına bağışladı

  12 il həbs cəzası aldı,  var-dövlətini xeyriyyə fondlarına bağışladı
  16 Sentyabr 2022    Oxunub:1600
“Bir daha dünyaya gəlsəydim, mütləq yenidən rejissor və aktyor olardım...”.
Sənət həyatını bu sözlərlə ifadə edən Türkiyənin məşhur ustad aktyoru, rejissor və yazıçısı Tarık Akanın vəfatından altı il keçir.
Yeşilçamın unudulmaz filmlərində Münir Özkul, Adile Naşit, Şener Şen və Kemal Sunalla baş rolları paylaşan aktyor 1949-cu il dekabrın 13-də ailəsinin üçüncü övladı olaraq dünyaya gəlib.

Əsl adı Tahsin Tarık Üregül olan sənətçi zabit olan atasının vəzifəsi səbəbindən Ərzurum Dumlupınar İbtidai məktəbində başladığı təhsilini Kayseridə davam etdirib.

Atasının təqaüdə çıxmasından sonra ailəsi ilə birlikdə İstanbulda köçən sənətçi orta məktəbi və liseyi Bakırköydə bitirib. O, Yıldız Texniki Universitetinin maşın mühəndisliyi fakültəsini tərk edərək İstanbul Universitetinin jurnalistika fakültəsinə daxil olub.

"Varlı ailənin uşağı rolunu oynayıram, amma belə deyiləm. Mən belə böyüməmişəm".

1970-ci illərdə "Yeşilçam"da canlandırdığı yaraşıqlı və zəngin gənc obrazı "Ferit"ə işarə edən sənətçi, qatıldığı televiziya proqramında həyatının əsl üzünü bu sözlərlə çatdırıb:

"Mən ehtiyatda olan polkovnikin övladıyam. Bütün həyatımız Anadoluda, dağların zirvəsində keçib. İlk dəfə orta məktəbin son kursunda İzmitə gələndə dənizi orada gördüm. Hətta türk dilində danışığım da pis idi.

Uzun müddət Kayseridə, Qarsda, Ərzurumda qaldıq. Uşaqlarla oynayaraq onların diksiyasına alışırdım. Amma bu sonra İstanbulda yaxşılaşdı. Bakırköyə gəldik. Biz çətinliklə yaşayırıq. Evdə babam, qardaşım və bacım var idi. Biz belə böyük bir ailə olmuşuq. Atam təqaüdə çıxandan sonra Kasımpaşada şadlıq sarayının müdiri idi. Gecə yarısı gəlirdi. Orta məktəbə gedirəm, pul çatmırdı. Orta məktəbi bitirdikdən sonra çörək pulu qazanmaq üçün dostlarımla alver etməyə başladım”.



Tarık Akan 1970-ci ildə dostu "Koza Zeki" ləqəbli Zeki İrfanoğlunun təkidi ilə girdiyi "Səs" jurnalının "Sinema artisti yarışması"nda birincilik qazanıb. 1971-ci ildə rejissor Mehmet Dinlerin "Solğun yarpaq kimi" filmi ilə kinoya addım atan sənətçi filmdən sonra Tarık Akan adından istifadə etməyə başlayıb.

Uzun boylu, yaşıl gözləri və simpatik üslubu ilə tamaşaçıların rəğbətini qazanan sənətçi elə həmin il ssenarisini Sadıq Şendilin yazdığı və Orhan Aksoyun çəkdiyi "Emine" filmində baş rolu Filiz Akınla paylaşıb. 1973-cü ildə türk kinosunun unudulmaz əsərlərindən olan "Canım Kardeşim" və 1974-cü ildə isə "Hababam Sınıfı" filmlərində rol alır. Sənətçi 1970-1975-ci illərdə ildə 12 filmə çəkilərək türk kinosunun unudulmaz adlarından birinə çevrilir.



Oynadığı filmlərdə daha çox "Fərid" adını istifadə edən Akan Gülşən Bubikoğlu ilə
"Ah Nerede", Emel Sayın ilə "Mavi Boncuk", Hülya Koçyiğit ilə "Sev Kardeşim", Hale Soygazi ilə "Gece Kuşu Zehra" filmlerinde rol alıb. Filmləri kinosevərlərin böyük marağına səbəb olub.

1970-ci illərdə öz üslubu ilə iz buraxan və "Yeşilçam" gənclərindən biri olan və hər rolunda uğurla fərqlənən Akan 1977-ci ildə rejissor Zeki Öktenin çəkdiyi "Sürü" filmindən sonra siyasi filmlərdə rol almağa başlayıb.

Tarık Akan teatr filmlərində rol almamağa qərar verdikdən və kinoda fərqli bir yol tutduqdan sonra, Cüneyt Arkınla "Maden" filmində baş rolu canlandırıb.1978-ci il çəkimi olan film ilə bağlı verdiyi müsahibədə Akan belə demişdi:

“"Maden" o dövrdə Türkiyədə ən çox baxılan və mənə ən çox pul qazandıran film idi.O, üzərinə düşən vəzifəni çox yaxşı yerinə yetirdi. Əməyi, fəhlə olmağı, kapitalın nə olduğunu aydın şəkildə vurğulayan filmlərdəndir".

Sənətçi 1979-cu ildə hərbi xidmətə yollanıb və hərbi xidmətini ehtiyatda olan zabit kimi Dənizlidə başa vurub.

1982-ci ildə Akan ssenarisini Yılmaz Güney, rejissorluğunu Şerif Gören və Güneyin etdiyi Qızıl Palma Mükafatlı "Yol" filmində də rol alıb. 1990-cı ildə isə Rıfat İlqazın eyniadlı romanı əsasında çəkilən "Qaranlıq gecələr" filmində baş rolu canlandırıb.



Tarık Akan 1980-ci il 12 sentyabr hərbi çevrilişindən sonra 1981-ci ilin əvvəlində Türkiyəyə qayıdarkən Almaniyada etdiyi çıxışa görə həbs edilib. 12 il həbs və onun 2,5 ayını təkadamlıq kamerada həbs cəzası alan sənətçinin günahsızlığı sübuta yetirildikdən sonra bəraət alıb. Akan 2002-ci ildə çap etdirdiyi "Anne Kafamda Bit Var" kitabında həbsxana günlərini və çevriliş prosesini yazıb.

Liviya istehsalı olan “Leyla və Məcnun” filmində rol alaraq beynəlxalq kinoya da ayaq açan Akan 1991-ci ildə Bakırköydəki Taş Mektep adlı ibtidai məktəbin ortaqlarından biri olur. 1995-ci ildə Əziz Nesin vəfat etdikdən sonra “Nesin Vəqfi”nin sədrliyini üzərinə götürdü. Ustad sənətkar 1997-ci ildə rejissor Yusuf Kürçenli ilə birlikdə canlandırdığı “Antika yağma” sənədli filmini də səsləndirib.



Televiziya kanalları üçün “Daşların sirri” sənədli filmini də çəkən sənətçi Türkiyədəki qədim tarixə diqqət çəkməyə çalışıb. Sənətçi eyni zamanda Nazım Hikmət Mədəniyyət və İncəsənət Vəqfi adına sənədli filmlər, “Atatürkün alov çiçəkləri” və Nazım Hikmət haqqında “İşıqlı heykəltəraş”, həmçinin “Romalıların Anadoluda izləri”və “Afrodisias” adlı sənədli filmlərinə quruluş verib".



Aktyor "Suçlu" filmindəki roluna görə ilk dəfə “Qızıl Portağal” mükafatına layiq görülüb. O bu mükafatı daha sonra "Maden", "Adak ve Sürü", "Pehlivan", "Üçüncü Göz", "Karartma Geceleri" və "Gülüm" filmləri ilə qazanıb.

Beləliklə, o, 7 dəfə “Qızıl Portağal” mükafatını alan yeganə kişi aktyor olub. Akan 1985-ci ildə Berlin Beynəlxalq Film Festivalında fəxri ad alır, 1992-ci ildə Adana Qızıl Koza Film Festivalında "Ən yaxşı aktyor", 1996-cı ildə Antalya Qızıl Portağal Film Festivalında "Ömür Boyu Onur Mükafatı", 2006-cı ildə Kino Yazıçılar Birliyinin "Fəxri Mükafat"ı, 2007-ci ildə Müasir Kino Aktyorları Dərnəyində "Kino Əmək Mükafatı"nın qalibi olub.

Barış Zeki, Yaşar Özgür və Özlem adlı üç övladı olan, bütün var-dövlətini xeyriyyə fond və təşkilatlarına bağışlayan ustad aktyor 16 sentyabr 2016-cı ildə ağciyər xərçəngindən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Ömrü boyu 120 filmdə rol aldığını vurğulayan aktyor ölümündən qısa müddət əvvəl verdiyi müsahibədə bunları söyləyib:

"120 film az deyil. Bu filmlərə baxanda onların çoxu Anadolu, Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində çəkilib.Böyük təzyiqlər, çətinliklər, pul çatışmazlığı, səfalət və böyük səylər altında böyük əsərlər yarandı. Heç vaxt rol aldığım filmlərə görə “Niyə bunu etdim” və ya “Bunu niyə oynadım” deməmişəm”.

Hazırladı: Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti