Təhsili Vətənə dəyişən şəhidimiz

Şəhidin əmisi Zaur Məhərrəmov bildirib ki, Elnur təhsil haqqını ödəyə bilmədiyi üçün tədrisini yarımçıq qoyub: “Elnur oxumaq istəyirdi, müəllim yanına hazırlığa getdi, qəbul oldu. Təhsili ödənişli idi və müəyyən müddət oxumağı üçün köməklik edildi. Ailəsi kasıb olduğu üçün təhsil haqqını davamlı ödəyə bilmədi. Ona görə təhsilini yarımçıq qoyub, ordu sıralarına yazıldı. Əsgərliyini bitirəndən sonra Orduda qalıb xidmətini davam etdirmək istəyirdi. Bu barədə mənə də demişdi. Özüm hərbçiyəm, təzə təxris olunmuşam. Mən də dedim ki, lap yaxşı qal işlə. Vətənpərvər insan idi. Bu yolu özü könüllü seçmişdi, heç kim məcbur etməmişdi”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Şəhidlər