Prokurorluq şəhid qardaşının iki videosunu araşdırır

 Prokurorluq şəhid qardaşının iki videosunu araşdırır
  16 Sentyabr 2022    Oxunub:853
Dünən qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq sorqanları tərəfindən araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən AzVision.az -a verilən məlumata görə, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin.

AzVision.az



Teqlər:





Xəbər lenti