Təhsilini Vətənə dəyişən daha bir şəhid

   Təhsilini Vətənə dəyişən daha bir şəhid
  16 Sentyabr 2022    Oxunub:789
Sentyabrın 12-sindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən şəhid olan hərbi qulluqçumuz Polad Şirinov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat Kolecinin tələbəsi olub.
Universitetdən AzVision.az -a verilən məlumata görə, Polad Vətən müharibəsi ərəfəsində təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşüb və xidməti başa çatdıqdan sonra müddətdən artıq hərbi quluqçu kimi ordu sıralarında qalıb.

Ermənistan silahlı qüvvələri tərəfindən törədilən son təxribatların qarşısını alarkən qəhrəmancasına şəhid olan Polad Şirinov II Fəxri Xiyabanda dəfn olunub. AzMİU-nun, eləcə də tələbəsi olduğu İnşaat Kollecinin rəhbərliyi, şəhidin müəllimləri və tələbə yoldaşları şəhidin məzarını ziyarət edərək məzarının önünə əklil qoyublar.
Allah rəhmət eləsin!

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti