"Artıq iki gündür ki, atəşkəs rejiminə əməl olunur" - İlham Əliyev

   "Artıq iki gündür ki, atəşkəs rejiminə əməl olunur"  -    İlham Əliyev
  16 Sentyabr 2022    Oxunub:757
"Artıq 2 gündür ki, atəşkəs rejiminə əməl olunur".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Səmərqənddə görüşü zamanı deyib.

Dövlət başçısı Azərbaycan-Ermənistan sərhədindəki eskalasiya ilə bağlı çevik reaksiya verdiyinə görə Rusiya liderinə minnətdarlığını ifadə edib.

"Döyüşlər 8 saatdan az davam edib. Ermənistan tərəfi atəşkəs barədə razılığı dərhal yerinə yetirməsə də, artıq 2 gündür ki, atəşkəs rejiminə əməl olunur. Bu, onu göstərir ki, nə Azərbaycanın, nə də Ermənistanın genişmiqyaslı eskalasiya niyyəti olmayıb. Təəssüf ki, sərhəd münaqişələri olur. Hər iki tərəfdən çoxsaylı itkilər var", - İlham Əliyev qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti