Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib

   Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
  17 Sentyabr 2022    Oxunub:940
Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən nəticə çıxarmayan Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat xarakterli fəaliyyətlərini davam etdirir.
Bu barədə AzVision.az -a Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 16-sı gündüz saatlarında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat xarekterli uçuşlar həyata keçirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti