Hansı dövlət orqanları çap mediası təsis edə bilər? - SİYAHI

   Hansı dövlət orqanları çap mediası təsis edə bilər? -    SİYAHI
  17 Sentyabr 2022    Oxunub:701
Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) siyahısı təsdiqlənib.
AzVision.az xəbbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Siyahıda aşağıdakı dövlət orqanları yer alıb:

1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

6. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

7. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

8. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

9. Azərbaycan Milli Elmlər Akademiyası

10. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AzVision.az



Teqlər:





Xəbər lenti