“Şəhid statusunu Müdafiə Nazirliyi vermir” - Hərbi ekspert

   “Şəhid statusunu Müdafiə Nazirliyi vermir” -    Hərbi ekspert
  18 Sentyabr 2022    Oxunub:1861
Birinci Qarabağ müharibəsi başlayandan, ümumilikdə isə Azərbaycan Ordusu yaranan gündən ölkə mətbuatında ən çox yer alan mövzulardan biri şəhid statusunun verilməsilə bağlıdır. Bu status nəyə əsasən verilir? AzVision.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev məsələyə aydınlıq gətirib.
- Həlak olmuş hərbi qulluqçulara şəhid statusunun verilməsi 15 yanvar 1994-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 nömrəli qərarına əsasən, həmin qərarın 1-ci maddəsinin 1.1-1.2.7 bəndlərinə uyğun olaraq həyata keçirilir. Yəni Müdafiə Nazirliyi şəhid statusu vermir, yalnız hərbi qulluqçunun hansı şəraitdə həlak olması və yaxud dünyasını dəyişməsi barədə arayış təqdim edir.
Döyüşlər zamanı şəhidlik zirvəsinə ucalanlara şəhid statusunun verilməsi ilə bağlı məsələlər tez həllini tapır. Dərhal sənədlər hazırlanır, müvafiq qurumlara təqdim edilir və statusun verilməsi barədə qərar qəbul olunur.

- Son döyüşlər zamanı həlak olan 77 nəfər hərbçimizə də şəhid statusu veriləcəkmi?
- Əlbəttə, sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəhid olan 77 hərbi qulluqçusu qarşı tərəfin müxtəlif çaplı silahlardan, minaatan və artilleriya qurğularından açması nəticəsində həlak olub. Digər iki hərbi qulluqçumuz da hərbi toqquşmaların baş verdiyi ərazilərdə, yəni döyüş şəraitində həlak olduğu üçün onlara da şəhid statusu birmənalı olaraq düşür. Təbii ki, hər iki hərbi qulluqçumuzun həlak olması ilə bağlı faktlar dövlətin aidiyyəti qurumları tərəfindən araşdırılmalı və ölüm səbəbi məlum olmalıdır.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: Şəhid  





Xəbər lenti