“Yaralı Diz“ : Ruh rəqsinə görə törədilən QƏTLİAM

      “Yaralı Diz“  : Ruh rəqsinə görə törədilən    QƏTLİAM
  18 Sentyabr 2022    Oxunub:2204
Gizlədilə bilinməyən “Yaralı Diz “ qətliamının mahiyyəti adı kimi yüngül yaradan ibarət deyil. Bu kütləvi qırğının baş rollarında ABŞ və Amerikanın yerli əhalisi olan qızıl dərililər var.

Yaralı diz qətliamı ("Wounded Knee Massacre" ) 1890-cı il dekabrın 29-da baş verib. Siu qəbiləsinin üzvləri ABŞ silahlı qüvvələrinin əsgərləri tərəfindən kütləvi şəkildə qətlə yetirilib. Qırğın zamanı 62-si qadın və uşaq olmaqla 153 nəfər Siu hindusu öldürülüb. General Neslon Miles tərəfindən Daxili İşlər Komissiyasına göndərilən məktubda olay qətliam olaraq adlandırılıb.
Rəsmi olmayan mənbələrə görə Amerikada ümumilikdə 70 milyon qızıl dərili qətlə yetirilib və hal -hazırda orada 5 milyon qızıl dərili yaşayır.

Xristofor Kolumb kəşf etdiyi bu torpaqların yerli əhalisi olan qızıl dərililər haqqında İspaniya kraliçasına verdiyi hesabatda bunları demişdi:“ Onlara qılınclarımızı göstərdik. Hiss olundu ki, kəskin dəmir silahı ilk dəfə idi görürdülər. Kəsməyi bilmədiklərinə görə bəziləri qılıncların kəskin tərəflərindən tutdu və əllərini kəsdilər. Bu insanlar nə hər hansı bir təriqətə bağlıdırlar, nə də bütə sitayiş edirlər. Pislik nədir tanımazlar və bir- birlərini öldürməyi bilməzlər. Heç bir silahları yoxdur. Qıızıl dərililər son dərəcə dürüst, sadə və əli açıq insanlardırlar. Hər hansı birindən sahib olduğu nəyisə istəsəniz, dərhal verirlər. Pisliyin nə olduğunu əsla bilmirlər, oğurlamırlar və öldürmürlər. Qonşularını özləri qədər sevərlər. Dünyada onlar qədər şirin dilli xalq yoxdur. Hər zaman gülürlər və onları 50 adam ilə çox rahat tabe edə bilərik ".

Eyni zamanda, son dərəcə mərd olan bu xalqı müstəmləkəçilər əsla qul edə bilməmiş, məcburən Afrikadan yerli əhalini gətirib bu torpaqlarda qul kimi işlətmiş və alıb satmışlar.



Əslində bu qətliamlar avropalılar Amerika torpaqlarına ilk addımlarını atandan başlayıb. Burada quracaqları sistemə görə yerliləri artıq hesab etmiş və əllərindəki "dəmir süpürgə" ilə böyük qitəni başdan - ayağa "süpürməyə" çalışıblar. 19- cu əsrin əvvəllərində yerli xalqların sayı kəskin azalmış, ucqar yerlərdə balaca kəndlər halında yaşamışla. Soyuq iqlimlərdə ac, susuz, xəstəliklə mübarizə şəraitində və pərişan vəziyyətdə həyatlarına davam etməyə çalışmışlar. Bu vəziyyətdə çıxış yolunu şamanlar kimi xüsusi rəqs ritualları həyata keçirərək tanrılardan rifah və bolluq istəməyə başlamışlar.

Zatən qırğın üçün bəhanə axtaran ABŞ dövləti 1890-cı ildə Siuların Ruh rəqsini ifa etmələrindən narahat olmağa başlayıb. Bir çoxları bu rəqsin döyüşdən əvvəl tanrıları köməyə çağıran rəqs olduğunu iddia edib. Əslində isə Ruh rəqsi yalnız milli mədəniyyətin yaşadılması üçün oynanılan rəqs idi. Bununla Siular pozulan hüquqlarına etiraz etmək istəyirdilər.

Amerikalılar isə bu rəqsləri müharibə hazırlığı olaraq görür və hərəkətə keçir. Beləliklə, 1890-cı il dekabrın 29-da Birləşmiş Ştatların 500 nəfərlik VII Süvari alayı Minikonju Lakotarının ərazisinə hücum edir və aralarında qadın və uşaqların da olduğu ən azı 153 Siu hindusu öldürülür. Sağ qalanlar isə donaraq can verirlər.



Qətliam haqqında yerlilərin çox az qeydi tarixə yazıla bilib. Yaşlı bir qızıl dərilinin qanlı xatirəsində deyilir: “ O zaman neçə adamın öldüyünü anlaya bilməmişdim. İndi qocalığımın zirvəsindən baxanda, yerdə bir-birinin üstünə yığılmış, boğazı kəsilmiş qadınları və uşaqları hələ də gənc gözlərimlə görə bilirəm. Və orada, o palçığın içində, bir şeyin daha öldüyünü və o qar fırtınasına basdırıldığını görə bilirəm. Bəli, bir xalqın xəyalı öldü orda”.

Bir qadın isə bunları xatırlayır: “Qaçmağa çalışdıq. Amma çöl heyvanları kimi bir- bir vurdular bizi. Ağ insanların içində yaxşı insanların da olduğunu bilirəm, amma uşaqları və qadınları da öldürdüklərinə görə əsgərlər pis adamlar olmalıdırlar. Qıızıl dərili əsgərlər ağ insanların uşaqlarına əsla bunları etməzdilər".

Amma bu hücumda neçə nəfərin qətlə yetirildiyi tam olaraq bəlli deyil. Dövrün hökuməti bu tapşırıqda iştirak edən əsgərlərə "Şərəf medalı" təqdim edib.

Sonradan qətliamın məsul şəxsi polkovnik Forst məhkəməyə çıxarılıb, lakin bu qətliamın bir taktiki səhv olduğunu deyərək bəraət alıb.



20- ci əsrin sonlarında "Yaralı Diz" qətliamının törədilməsinə görə protesto səsləri daha da yüksəldi. Tarixçi Dee Brown eyni adlı kitab yazdı, Buffly Sainte Marie isə protest mahnı bəstələdi. Lakin ən yaddaqalan münasibəti məşhur aktyor Marlon Brandon 1973 - cü ildə layiq görüldüyü Oskar mükafatından imtina eməklə göstərmişdi. O, mükafatın təqdim olunma mərasiminə yerli qızıl dərili aktirisanı göndərmiş və ona qətliamla bağlı yazdığı məktubu səhnədən oxutdurmuşdu.



Ləman Bağdad
AzVision.az



Teqlər:





Xəbər lenti