Tambovdan Ukraynaya döyüşməyə 400 məhbus göndərilib
"Rus işğalçıları həm insan, həm də maddi ehtiyatların əhəmiyyətli çatışmazlığı səbəbindən bu boşluqları doldurmaq üçün qeyri-standart üsullara əl atmaqda davam edirlər. Beləliklə, Rusiyanın Tambov şəhərindən Ukraynada döyüşən bölmələri gücləndirmək üçün cinayət əməllərinə görə cəza çəkən 400 nəfər göndərilib”, - məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, Krasnodar diyarında olan “Əfqan döyüşçüləri” ictimai təşkilatı yerli əhalidən vilayət könüllüləri batalyonuna isti paltar almaq üçün pul toplamaq tapşırığını alıb.
Xatırladaq ki, bundan öncə Rusiyada Ukraynadakı döyüşlər üçün gizli səfərbərliyin həyata keçirilməsi barədə məlumatlar yayılmışdı. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edirdi ki, səlahiyyətlilər məhbuslar, narkomaniya və alkoqolizmdən əziyyət çəkən insanlar arasından döyüşçü toplayıb.
Tural Tağıyev
AzVision.az