Daha 6 taxıl gəmisi Ukrayna limanlarını tərk edib

   Daha 6 taxıl gəmisi Ukrayna limanlarını tərk edib
  19 Sentyabr 2022    Oxunub:748
Türkiyənin Milli Müdafiə Nazirliyi bazar ertəsi günü "Ərzaq sövdələşməsi" çərçivəsində Ukrayna limanlarından taxıl daşıyan 6 gəminin yola salındığını açıqlayıb.
“Taxıl daşınması prosesi çərçivəsində bu gün yola düşməsi planlaşdırılan daha 6 gəmi Ukrayna limanlarından yola düşüb”, - deyə nazirliyin “Twitter” səhifəsində bildirilib.

Qeyd edək ki, iyulun 22-də İstanbulda Rusiya məhsullarının ixrac üçün tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının ixracına Rusiyanın yardımı haqqında çoxtərəfli sazişlər imzalanıb.

Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin imzaladığı saziş Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti