Samur-Abşeron kanalından meyit tapılıb

Samur-Abşeron kanalından meyit tapılıb
  19 Sentyabr 2022    Oxunub:675
Samur-Abşeron kanalından kişi meyiti tapılıb.
Meyit kanalın Qubanın Gədikqışlaq kəndi ərazisindən keçən hissəsində aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyiti tapılan şəxsin Paşaoba kənd sakini, 55 yaşlı Güloğlan Məmmədrzayev olduğu məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti