Pentaqon müdafiə şirkətlərini Çindən mal almamağa çağırdı

   Pentaqon müdafiə şirkətlərini Çindən mal almamağa çağırdı
  19 Sentyabr 2022    Oxunub:596
Pentaqon ABŞ müdafiə şirkətlərini məhsullarında Çindən gələn materialların istifadəsini məhdudlaşdırmağa çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə rəsmi şəxslərə istinadən “Wall Street Journal” məlumat yayıb. Qəzetin mənbələrinə görə, Pentaqon amerikalı podratçılar tərəfindən istifadə edilən təyyarə hissələrinin, elektronika və xammalın mənşəyini müəyyən etmək üçün süni intellektə müraciət edib.

Belə ki, nəşrin məlumatına görə, Müdafiə Nazirliyi bu komponentlərin Çin və ya “digər potensial düşmənlər” tərəfindən tədarük edilmədiyinə əmin olmaq istəyir.

Məqalədə bildirilir ki, indi Pentaqonun dəstəklədiyi podratçılar dünyanın ən böyük təchizatçılarından biri olan Çindən mikroelektronika və xüsusi metallardan imtina etdiklərini deyirlər.

Ayasofya Nəzəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti