-a verilən məlumata görə, Ülvi Mehdiyev onların səhhəti, müalicə prosesi ilə yaxından maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. Yaralalılarımızın müraciətləri dinlənilib.
Diqqətə çatdırılıb ki, "YAŞAT" Fondu tərəfindən şəhid ailə üzvlərinin və yaralanlarının təminatına dəstək məqsədilə bir sıra işlər görülüb və tədbirlər bundan sonra da davam etdiriləcək.
Dövlət Agentliyinin kollektivi olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edir, yaralılarımıza Allahdan şəfa diləyirik.




Şahanə Rəhimli
AzVision.az