“O zaman da fransız polisləri bunları görməzdən gəlirdi, indi də”- Reza Degati
-1663685839.jpg)
“Bu bir nümunədir. I Qarabağ müharibəsindən sonra Azərbaycanın haqq səsini hər dəfə Fransada nümayiş etdirdikdə mən bu hücumlarla üzləşmişəm. Ermənilər mənim keçirdiyim tədbir və konfranslarıma belə hücumlar edirdilər. O zaman da fransız polisləri bunları görməzdən gəlirdi, indi də. Hər zaman belə olub. Dəyişən bir şey yoxdur.
Mən Fransada Qarabağ həqiqətləri ilə bağlı tədbirlər edəndə ermənilər fotolarıma hücum edib, onlara zərər yetirirdilər. Tədbirdə hər tərəf polis olduğu halda ermənilər fotolarıma hücum edən zaman yoxa çıxırdılar. Mən 32 ildir ki, bunları yaşayıram. Ona görə də ötən gün Azərbaycan səfirliyinin önündə yaşananları görəndə çox da təəccüblənmədim.
Hazırda işağldan azad olunan Qarabağda ermənilərin törətdikləri vandalizmi nümayiş etdirən kitab hazırlayıram. Ermənilərin bu hücumları məni qorxutmur, əksinə bu dəfə daha böyük dəlillərlə erməni vandalizmini dünyaya nümayiş etdirəcəm”.
Reza Degati ermənilərin hər zaman fransızları aldatdığını qeyd etdi:
“Fransada ermənilər çoxlu təşkil edirlər. Onlar sosial şəbəkələrdə, fransa mediasında çox aktivdirlər. İndi də həmin yalanları Amerikaya danışırlar. Erməni diasporası Fransa və Amerikada daha aktiv işləyir. Bizim əsas çətinliyimiz ermənilərlə informasiya müharibəsində uduzmağımızdır. Belə ki, Fransada çox az azərbaycanlılar yaşayır. Fransada yaşayıb, onların dili ilə danışan, onları izah edən azərbaycanlılarımız demək olar ki, barmaqla sayılası qədərdir. Belə olduqda fransızlar da ermənilərə inanır. Bu cür işləri görməyə komanda lazımdır, biz isə azıq. Biz informasiya müharibəsini möhkəmlətməli, bunun üzərində çalışmalıyıq. Fransada mediadan tutmuş ən yüksək vəzifədə belə ermənilər çalışır. Onların hamısı sosial mediada aktivdirlər. Hətta qrup yaradıb bu işlə məşğul olanları da var. Misal üçün mən burada Qarabağla bağlı nəsə paylaşanda mindən çox erməni bunun yalan olduğunu yazır, mən də oturub gözləyirəm ki, bizimkilər gəlib onların cavabını versinlər. Amma gəlmirlər. Bu informasiya müharibəsidir. Necə ki, döyüşdə mayor, general, əsgər varsa burda da elə olmalıdır. Düzdür, informasiya müharibəsində adamı öldürüb yaralamırlar, amma insanları inandırmaq gücü bunların hamısından üstündür”.
Tanınmış rəssam Fransada dünən İran səfirliyinin önündə də bir aksiyanın keçirildiyini vurğuladı:
“Nə yaxşı ki, Azərbaycan dövləti bu məsələyə öz kəskin etirazını bildirdi. Hazırda mən Fransadayam və dünən Fransada İran səfirliyinin önündə öldürülən bir iran vətəndaşı üçün aksiya keçirildiyinin şahidi oldum. İranlılar öz səfirliklərinin qarşısında etiraz edirdilər. Səfirliyin önündə o qədər polis vardı ki… İran səfirliyi ilə Azərbaycan səfirliyi arasında 300-40 metr məsafə var. Mən buna təəccüb etdim, necə olur ki, polislər İran səfirliyini bu cür qoruyurlar, amma Azərbaycan səfirliyinin önünə bu qədər erməni tökülür polislər özlərini kənara çəkir və görməməzlikdən gəlirlər?”.
AzVision.az
Teqlər: