Uşaq və yeniyetmələr üçün innovativ dərnəklər təşkil olunur

Uşaq və yeniyetmələr üçün innovativ dərnəklər təşkil olunur
  20 Sentyabr 2022    Oxunub:1908
"Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən "Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə innovativ dərnəklərin yaradılması” layihəsinin icrasını davam etdirir.
Hazırda layihənin ilkin mərhələsində olan fəaliyyətlər həyata keçirilir. Ağır şəraitdə yaşayan ailələrdən olan sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələr layihəyə cəlb olunub, onların bacarıqları mütəxəssislər tərəfindən qiymətləndirilib, valideynlərə tövsiyələr verilib. Rəssam və musiqi terapevti tərəfindən yaradılmış innovativ dərnəklərə bədii incəsənətin və təsviri incəsənətin müxtəlif bölmələri öyrədilir.

Təşkilatın yaydığı məlumatda qeyd olunur ki, rəssam tərəfində keçirilən təlimlərə uşaqlar çox həvəslə qoşulurlar.

"Onlar həm öyrənir, həm də dincəlirlər. Rəqs terapevti milli musiqimizi çox həvəslə uşaqlara tədris edir. Təlimlər zamanı uşaqların davranışlarında olan problemlər psixoloq, işlədilən sözlərdəki nitq qüsurları loqoped, qavrama və dərk etmədəki çətinliklər pedaqoq tərəfindən aradan qaldırılır. Mütəmadi olaraq psixoloq tərəfindən uşaqlara və valideynlərə psixoloji yardım göstərilir.Layihənin həyat keçirilməsinə göstərdikləri dəstəyə görə valideynlər Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dərik təşəkkürlərini bildiriblər", - məlumatda yazılıb.




AzVision.az



Teqlər:



Xəbər lenti