Azərbaycana kiberhücumların sayında yüksək intensivlik müşahidə olunur

   Azərbaycana kiberhücumların sayında yüksək intensivlik müşahidə olunur
  21 Sentyabr 2022    Oxunub:971
Kibermüdafiənin təmin edilməsi üçün savadlı kadr lazımdır. Kibersərhədlərimizin qorunması bu sahə üzrə mütəxəssislərin bilik və bacarığından asılıdır.
AzVision.az xəbər verir ki, bunu 2-ci “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunan "Kibertəhlükəsiz iqtisadiyyatlar: innovativ yanaşma və həllər" adlı tədbirdə çıxış edərkən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Azər Əhədov deyib. Onun sözlərinə görə, Orduda müasir silahlardan istifadə olunduğu kimi kibermüdafiənin təmin olunması üçün müasir həllərdən istifadə olunmalıdır:

"Son illər informasiya təhlükəsizliyi ən aktual mövzulardan olub, kiberhücumların sayında yüksək intensivlik müşahidə olunur. Bu hücumların intensivliyi xüsusilə informasiya sistemlərinə qarşı təşkilatlanmış şəkildə mövcuddur. Xidmətimizin əməkdaşlarının fasiləsiz fəaliyyəti nəticəsində dövlət qurumlarının, informasiya resurslarından istifadə edən vətəndaşların kibertəhlükəsizliyi təmin olunub. Təəssüflə qeyd etməliyik ki, invidual kompüter istifadəçilərinin xüsusilə həssas dönəmlərdə hədəf alınması, onların haker tərəfindən maraq yaradan mövzularla bağlı saxta keçidlərə yönəlməsi, hesablarının ələ keçirilməsinə və şantaj olunmasına elə də çətin olmur".

A.Əhədov qeyd edib ki, nəticələrin analizi bir çox hallarda kibertəhlükəsizlik üzrə insanların məlumatsızlığı və kibergigeyanın aşağı olması ilə izah olunur.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti