BP-nin vitse-prezidenti: "İşçilərimiz ildə bir dəfə kibertəhlükəsizlik testindən keçirlər"

      BP-nin vitse-prezidenti:    "İşçilərimiz ildə bir dəfə kibertəhlükəsizlik testindən keçirlər"
  21 Sentyabr 2022    Oxunub:794
"Neft-qaz sektorunda kibertəhdidlər kifayət qədərdir. Bu sahədə rəqəmsal vasitələrin tətbiq olunmasa bizim işimizi asanlaşdırsa da ciddi kbertəhlükəsizlik vasitələrinin tətbiqini vacib edir".
AzVision.az xəbər verir ki, bunu BP-nin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Beynəlxalq Kibertəhlükəsizlik Konfrasında çıxışl zamanı deyib.

O bildirib ki, şirkətin işçiləri il ərzində bir dəfə kibertəhlükəsizlik testindən keçirlər: "Bu test ümumi bala, bonus sisteminə və başqa məsələlərə təsir edir. BP-də əsas diqqət edilən məsələlərdən biri də "fishing mail"lərdir. İl ərzində kənardan şirkətə 600 "fishing mail" daxil olur. Həmçinin şirkətin daxilində işçilərin sayıqlığını yoxlamaq üçün onlara "fishing mail"lər göndərilir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti