Kibertəhlükəsizlik üzrə strategiya Nazirlər Kabinetinə təqdim olunub

   Kibertəhlükəsizlik üzrə strategiya Nazirlər Kabinetinə təqdim olunub
  21 Sentyabr 2022    Oxunub:814
Azərbaycanda 2018-ci ildən hazırlanan Kibertəhlükəsizlik üzrə strategiya bütün dövlət qurumları tərəfindən razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub.
AzVision.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov 2-ci “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunan "Kibertəhlükəsiz iqtisadiyyatlar: innovativ yanaşma və həllər" adlı tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, strategiyanın yaxın zamanlarda təsdiq olunması gözlənilir:

"2018-ci ildən strategiyanın işlənilməsi tapşırılmışdı. Lakin strategiya hazırlanandan sonra razılaşdırılma prosesində qanunvericilik təsdiq olundu. Buna uyğun olaraq bütün dövlət sənədlərinin standart forması dəyişdirildi. Biz də strategiyanı uyğunlaşdırmağa başladıq.

Həmçinin pandemiya və 44 günlük Vətən müharibəsinin gətirdiyi yeni reallıqlar və təhlükəsizlik modelləri strategiyada bəzi məsələlərə baxılmasını məqbul etdi. Bu baxımdan strategiya bir daha təsdiqlənmədən öncə yenidən işləndi və hazırda bütün dövlət qurumları ilə razılaşdırılmış formada Nazirlər Kabinetinə təqdim edilib. Düşünürük ki, yaxın zamanda bu strategiyanın təsdiq olunmasının şahidi olacağıq"

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti