Dövlət Xidmətindən VPN istifadə edənlərə xəbərdarlıq

   Dövlət Xidmətindən    VPN istifadə edənlərə xəbərdarlıq
  21 Sentyabr 2022    Oxunub:1135
Sərhəddə baş verən proseslər, eyni zamanda həyata keçirilən antiterror əməliyyatları zamanı çoxsaylı kiberhücumlar baş verir. Bu eyni zamanda 44 günlük Vətən müharibəsi, "Qisas" əməliyyatı zamanı da baş vermişdi. Məqsəd daha çox insanları hədəf almaqdır.
AzVision.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov mətbuat konfransında deyib. Onun sözlərinə görə, insanların nə baş verdiyini öyrənməyə cəlb etmək üçün ajiotaj yaradan linkərə girməyə sövq edirlər:

"İnsanlar maraqlandıqda məlumatlarını itirə bilərlər. Böyük infrastrukturlarda isə "Ddos" hücumlarının şahidi oluruq. Zərər vermək istəyənlər, hakerlər bu yolları istifadə edirlər. Günümüzdə də belə hallarla rastlaşırıq. Hansısa bloklanma zamanı VPN-dən istifadə aktuallaşır. Lakin biz o hücumları sərhəddə bloklayırıq, siz VPN-lə müəyyən adresə daxil olursunuz və yoluxma təhlükəsi artır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti