Seul zərbə gözləyir

  08 Aprel 2013    Oxunub : 452
Seul zərbə gözləyir
Bu həftə Pxenyan növbəti dəfə nüvə və ballistik raket sınağı keçirə bilər. Seul və Vaşinqton adekvat cavab verməyə hazırdırlar.
Cənubi Koreya prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Kim Can Su bəyan edib ki, Şimali Koreya bu həftə ballistik raket buraxmağı planlaşdırıb. “Şimali Koreyanın növbəti raket təxribatı aprelin 10-da baş tutat bilər”-deyə The Chosun ilbo qəzeti yazır. Kim Can su qeyd edib ki, Pxenyanın həftənin 3-cü gününədək ölkədəki xarici səfirliklərin bütün nümayəndələrinin çıxarılması barədə qərarı belə deməyə əsas verir. ”Seul hadisələrin inkişafından irəli gələcək bütün ssenarilərə hazırdır. Hər şeyə açıqdır ”- prezidentin təhlükəsizlik üzrə məsləhətçisi belə deyir. Bununla yanaşı o, hələlik Şimalın total müharibəyə hazırlaşmadığını da əlavə edib.

Onun fikrincə Şimali Koreya öz bəyanatları ilə Cənubi Koreyanın KİV-lərinin əsas xəbərlərini, gündəmini ələ almağa çalışır. Bununla da ABŞ, Çin və ya Rusiyanı KXDR-in tələbləri ilə tanış olmaları üçün xüsusi elçilərini göndərməyə məcbur etmək məqsədi güdür.

Bu arada Cənubi Koreyanın xarici işlər naziri Re Kil Çje Şimali Koreyanın novbəti nüvə sınağına hazırlaşdığını bildirib.

Qeyd edək ki, cari ilin fevralın 13-də Pxenyan 3-cü dəfə nüvə sınağı həyata keçirdi ki, bu da BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarının sərtləşdirilməsinə gətirib çıxardı.

The New York Times qəzeti də Pxenyanın zərbə endirəcəyi təqdirdə Cənubun və Birləşmiş Ştatların adekvat cavab verəcəyini yazır. Plana uyğun olaraq Cənubi Koreya Pxenyadan gələcək hər cür hərbi əməliyyata qarşı təcili, eyni zamanda adekvat cavab verəcəyini bəyan edib. Başqa sözlə desək Cənubun tətbiq edəcəyi silahlar gücünə və tipinə görə Şimalınkına bərabər olacaq. Birləşmiş Ştatlar və Cənubi Koreya raketlərin uçuş trayektoriyasını diqqətlə izləyəcək və həmin raketlərin Cənubi Koreya, Yaponiya və ya Quam adlarını hədəfə aldığı təsdiq olunarsa onları vuracaqlar. Xartırladaq ki, bir müddət əvvəl KXDR həmin ərazilərdəki Amerika hərbi bazalarının raketlərin tuşlandığı hədəfdən kənarda yerləşdiklərini bildirmişdi.

ABŞ və onun Asiya müttəfiqləri isə Pxenyanın mümkün təxribatlarından olduqca narahatdır. Odur ki, Birləşmiş Ştatlar situasiyanın daha da gərginləşməməsi üçün öz ballistik raket sınağını təxirə salıb.

Belə ki, ABŞ-ın müdafiə naziri Çak Hegel “Minitmen-3” raketlərinin sınağını təxirə salmağa qərar verib. Kaliforniya Ştatındakı Vandenberq hərbi-hava bazasında həyata keçiriləcək sınaqlar may ayına keçirilib.

AzVision.az

Teqlər: