
Ekspert əlavə edib ki, fotolardan göründüyü kimi, adi Z-dən fərqlənməsi üçün bu hərfin ortasından xətt çəkilib. Hərbçilərimizin istifadə etdiyi hərflər heç bir ideoloji məna daşımır, yalnız bölmənin adını əks etdirir. Bölmələrimizin adının baş hərfini dəyişməyimiz də mümkün deyil.
Kimsə hər hansı bir hərfi ideoloji məqsədlərlə istifadə edirsə, bu, o demək deyil ki, biz həmin hərfləri əlifbamızdan çıxarmalıyıq. Hesab edirəm ki, döyüşdən qalib olaraq geri qayıdan Azərbaycan əsgərini alqışlamalıyıq, ona ürək-dirək verməliyik, onları gələcək qələbələrə ruhlandırmalıyıq. Ordumuz qürurumuzdur!”
Qeyd edək ki, hərbi texnikaların üzərinə Z hərfinin yazılmasına Rusiyanın Ukrayna ilə apardığı müharibədə geniş rast gəlinir.


-4991279742.jpg)

AzVision.az