İmtahan başa çatdı

İmtahan başa çatdı
  04 May 2014    Oxunub:1110
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 4-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahan keçirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, imtahan bütün şəhərlərdə eyni vaxtda - saat 13.00-da başlayıb və saat 13.45-də başa çatıb.

İmtahanlara nəzarətçi-müəllimlər nəzarət ediblər.

Azərbaycan dili fənni üzrə keçirilmiş imtahanda “Elektron ərizə”lərini bu il aprelin 25-dək təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak ediblər. “Elektron ərizə”lərini aprelin 25-dən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri Azərbaycan dili fənni üzrə iyulun 3-də keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.

İmtahanda abituriyentlərə Azərbaycan dili fənni üzrə 30 test tapşırığı təqdim edilib. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir etmir.

İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar müvafiq qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Mayın 4-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyulun 3-də keçiriləcək növbəti imtahanda iştirak edə bilərlər.


Teqlər:





Xəbər lenti