""TURKOVAC"ın 3-cü faza klinik sınaqları uğurla davam edir"

   ""TURKOVAC"ın  3-cü faza klinik sınaqları uğurla davam edir"
  22 Sentyabr 2022    Oxunub:568
"Azərbaycanda "TURKOVAC" vaksinin 3-cü faza klinik sınaqları uğurla davam edir. Artıq ilkin məlumatlar toplanılıb. Türkiyə tərəfinə daha dəqiq və dərin təhlil üçün təhvil verilib".
AzVision.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

"İnanırıq ki, qısa müddətdə Azərbaycanda keçirilmiş sınaqlar "TURKOVAC"dan sonra silsilə gələn vaksinlər üçün öz töhfəsini verəcək".

Qeyd edək ki, "TURKOVAC" sınaqları Bakı Sağlamlıq Mərkəzində keçirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti