“Buta Airways” təyyarəsi Tbilisidə təcili eniş edib

“Buta Airways” təyyarəsi Tbilisidə təcili eniş edib
  23 Sentyabr 2022    Oxunub:891
"Buta Airways" aviaşirkətinin Bakı-Batumi J2-9227 reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi ehtiyat hava limanına eniş etmək qərarına gəlib.
"Buta Airways" aviaşirkətinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, buna səbəb Batumi hava limanı ətrafında pis hava şəraitinin olmasıdır.

"Embraer 190" təyyarəsi saat 09:40-da Tbilisi hava limanında eniş edib.

AzVision.az


Teqlər:





Xəbər lenti