Direktorlar işə qəbul olmaq üçün esse yazacaq

Direktorlar işə qəbul olmaq üçün esse yazacaq
  23 Sentyabr 2022    Oxunub:962
Oktyabrın 1-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.
Elm və Təhsil Nazirliyindən AzVision.az -a verilən məlumata görə, esse mərhələsi Bakı və Sumqayıt şəhərlərində keçiriləcək. Bu barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Esse mərhələsində 1022 namizədin iştirakı nəzərdə tutulur.

Namizədlər https://miq.edu.az/direktorlar/qanun/esse.pdf linki vasitəsilə namizədin qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

Bu mərhələdə mümkün 10 balın yarısını toplamış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.

AzVision.az



Teqlər:





Xəbər lenti